BİZNES

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin yeni üzvləri kimdir?

Xəbər verdiyimiz kimi Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin (İH) sədri Mətin Eynullayevin təqdimatına əsasən, qurumun Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İH-nin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

ENA.az həmin şəxslərin tərcümey-hallarını təqdim edir: 

Rövşən Nəcəf Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. ABŞ-ın Kolumbiya Universitetinin İqtisadi Siyasətin İdarəedilməsi / Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 2003-2010-cu illərdə İqtisadiyyat Nazirliyi və SOCAR-ın Sərmayələr İdarəsində, 2012-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda iqtisadiyyat nazirinin müavinidir.

Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə direktorudur.

Ruslan Əlixanov Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə məzunudur. ABŞ-ın Missuri-Sent-Luis Universiteni bitirib. 2018-ci ildən “Boston Consulting Group” şirkətinin MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupunun (BCG TURN) rəhbəri vəzifəsində işləyir, “McKinsey and Company” şirkətinin partnyoru, Dünya Bankında layihə meneceri və bir necə beynəlxalq şirkətlərin rəhbər vəzifələrində çalışıb.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə yeni təyinatlar

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)