Ləğv prosesində olan 4 bankın əmanətçilərinə 480 mln. manata yaxın kompensasiya ödənilib
Bu ilin iyunun 16-dan avqustun 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 160,44 mln. manatdan çox kompensasiya ödənilib.
ENA.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalaması Fondundan (ADIF) bildirilib.
Avqustun 24-nə olan məlumata görə, "AGBank" üzrə 3 222 əmanətçiyə ödənilən məbləğ 57,56 mln. manat, "NBCBank" üzrə isə 3 469 əmanətçiyə 102,87 mln. manat kompensasiya ödənilib.
İyunun 1-dən avqustun 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 319,24 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 270 əmanətçiyə ödənilən məbləğ 126,97 mln. manat, "Atabank" üzrə isə 8 399 əmanətçiyə 192,26 mln. manat kompensasiya ödənilib.
Ümumilikdə, avqustun 24-nə ləğv prosesində olan 4 bank üzrə 20 360 əmanətçiyə 479,68 mln. manat kompensasiya ödənilib.