Sosial iqtisadiyyat

“Sahibkarlar ancaq dövlətin vergisini ödəməlidir, bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”

Prezident İlham Əliyev bəzi rayonlarda məmurlar tərəfindən fərdi sahibkarların fəaliyyətinə əngəl yaradılmasından narazılıq bildirib.

“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”, - deyə dövlət başçısı bu gün Biləsuvar və Saatlı rayonlarının yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib.

İ.Əliyev vurğulayıb ki, yeni icra başçıları, ilk növbədə, rayonlarda vəziyyəti düzgün təhlil etməli, mövcud olan nöqsanları, çatışmazlıqları araşdırmalıdır. “İnsanları narahat edən problemlər öz həllini tapmalıdır”, - deyə prezident qeyd edib.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)