Sosial iqtisadiyyat

Baş Nazir onlara yeni vəzifə verdi

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

ENA.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.  

Şuranın sədri
Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri
Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik
Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department