Sosial iqtisadiyyat

Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı İTTİHAM ETDİ

Rusiya xarici işlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhəddində qeydə alınan gərginliyə toxunub.

ENA.az Rusiyanın “Trud” qəzetinə istinadən xəbər verir ki, diplomat döyüşlərinin başlanmasına görə, Ermənistanı açıq dillə ittiham edib.

“Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək cəhdi ağır nəticələrə səbəb olacaq hadisələr zəncirinin başlanğıcı oldu”.

Lavrov ad çəkməsədə də, rəsmi Bakının cəbhədəki gərginlikdən narahatlığına Yerevanın reaksiyasını “qeyri-adekvat” kimi dəyərləndirib.

 

Sergey Lavrov Rusiya da daxil olmaqla hazırda həmsədrlərin danışıqlar prosesini bərpa etməyə çalışdığını deyib.

“ATƏT-in Misnk qrupunun Rusiyadan həmsədri İqor Popov bütün bu müddət ərzində hər iki ölkənin XİN rəhbərləri ilə əlaqədə olub. Nəticədə, Rusiya tərəfinin də aktiv səyləri ilə ilk cəhddə olmasa da, iyulun 16-da atəşkəs rejiminin əldə olunmasına nail olduq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)