Əhalinin gəlirləri ötənilkindən az oldu

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 32 milyard 144,8 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 0,2% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda orta illik inflyasiya 2,9% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 0,6% - 3 min 225,9 manatadək azalıb.
Yanvar-iyul aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 28 milyard 992,6 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 1,2% azdır.
2019-cu ildə əhalinin nominal pul gəlirləri 7,4% artıb.