Sosial iqtisadiyyat

Rusiyanın ən varlı məmurları: Prezident Putinin rəsmi sərvətinin - SİYAHISI

Ötən həfətnin sonunda - Cümə günü Kreml və hökumət rəsmiləri, deputatlar və senatorlar 2019-cu il üzrə gəlir bəyannamələrini açıqlayıblar. Əvvəlki ildə olduğu kimi ən yüksək gəliri senator Valeri Ponomaryev elan etdi - 2,7 milyard rubl.
 

Avqustun 14-də axşam elan edilən Kreml rəsmilərinin, hökumət nümayəndələrinin, deputatların və senatorların gəlir bəyannamələrində prezident Putin haqqında məlumatlar da var.  Bəyamnaməyə görə, prezident Vladimir Putin il ərzində 9,7 milyon rubl qazanıb və 2017-ci illə müqayisədə gəlirini 1 milyon artırıb. Prezidentin elan etdiyi əmlakların siyahısı il ərzində dəyişməyib: sahəsi 77 kv m olan bir mənzilə, qaraja (18 kv.m) sahibdir, həmçinin iki GAZ M21 avtomobili, Niva avtomobili və Skif qoşqusu var. Bundan başqa daha bir mənzil və qaraj sahəsi də Prezidentin istifadəsindədir.

Ancaq Kremldə gəlir baxımından ilk üçlük il ərzində tamamilə dəyişib. Üçlüyün yeni simaları - Volqa Federal Dairəsi üzrə prezidentin köməkçisi İqor Komarov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və prezidentin ictimai layihələr şöbəsinin müdiri Sergey Novikovdur. 

Xatırladaq ki, Rusiyada 1 Dollar - 73,216 Rubl təşkil edir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)