İnşaat və əmlak

"Enka" Rusiya İqtisadiyyat Nazirliyinin köhnə binasını satın aldı

Türk şirkəti Rusiya İqtisadiyyat Nazirliyinin köhnə binasını 2.7 milyard rubla (təxminən 270 milyon TL) satın aldı. ENA.az xəbər verir ki, ölkənin ən böyük investor şirkətlərindən biri olan "Enka" Rusiyada daşınmaz əmlaka bu qədər pul xərcləyib. 

Moskvanın mərkəzindəki Ovçinnikovski Naberejnaya'da çay sahilində yerləşən binanın satılması üçün tenderin qalibi Enka-nın Hollandiyadakı şəbəkəsi olan "Enkamos Region B.V." qazandı.

Bina 2.7 milyard rubla satıldı, Enkadan başqa, iki Rusiya şirkətinin tender təkliflərini təqdim etdiyi bildirildi.

Novokuznetsvki metrosunun yaxınlığında, Kremlə yaxın olan bina, keçən il Rusiya İqtisadiyyat Nazirliyi Moskva şəhərindəki "IQ Kvartal" göydələnə köçürüldükdə boşaldıldı. Sovet dövründə - 1956-cı ildə inşa edilmiş 23 min kvadratmetrlik binanın yerinə iki yeni binanın tikilməsi planlaşdırılır.

Rusiya əmlak sektorundakı ən böyük oyunçulardan biri olan Enka-nın Rusiyadakı daşınmaz əmlak yatırımından əldə etdiyi illik icarə gəliri çox yüksəkdir. Forbes, 2019-cu ildə bu gəlirin 340 milyon dollar olduğunu yazmışdı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)