100 min manat kapitalı olan şirkətlər qrupu yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
MMC-nin nizamnamə kapitalı 100 min manatdır.
Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış massivi, ev.16 m.13, qanuni təmsilçisi isə Adil Azər oğlu Əsgərovdur.