Prezident Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyini açıqladı
Prezident İlham Əliyev 12 avqust 2020-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
- Azərbaycan Respublikasının Baş Naziri (Əli Əsədov)
Müşahidə Şurasının üzvləri
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri (Şahmar Mövsimov)
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri (Natiq Əmirov)
- Azərbaycan Respublikasının İqtisadiyyat naziri (Mikayıl Cabbarov)
- Azərbaycan Respublikasının Maliyyə naziri (Samir Şərifov).