Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı “nüvə müharibəsi”ni başlatmaq planlarında ittiham edib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, qlobal təhlükəsizlik və strateji stabillik baxımından dünyanın deqradasiyaya uğradığını iddia edib.
Lavrov nüvə silahına nəzarət mexanizmlərinin də sıradan çıxdığını əlavə edib.
“Bəzi ölkələrin hərbi-doktrional sənədfləri nüvə silahından məhdud sayda istifadəyə imkan yaradır”.
O, ABŞ-ın dünyada hərbi dominantlıq əldə etmək üçün hər şeyə hazır olduğunu və “nüvə müharibəsi” baş verərsə, qalib gələcəklərinə əmin olduqları barədə danışıb.