Səhmdarlar Silk Way West-də kapitalın yarıdan çoxunu geri çağırıb
Dövlət Vergi Xidməti avqustun 6-da “Silk Way West Airlines” MMC-nin yeni reyestr məlumatlarını qeydiyyata alıb. Nizamnamənin yeni redaksiyasına əsasən, şirkətin nizamnamə kapitalı 79 milyon 318.5 min manat səviyyəsində müəyyən edilib.
Bu ilin iyul ayında kapitalın azaldılması barədə qərardan əvvəl aviaşirkətin nizamnamə kapitalı 173 milyon 396.4 min manat təşkil edib. Beləliklə, şirkətin kapitalı 94 milyon 77 min 900 manat azaldılıb.