"Gilan Tekstil Park" işçi axtarır - VAKANSİYA
Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır.
VAKANSİYA: Təchizat üzrə Menecer
Funksional rəhbər-Administrativ işləri üzrə direktor
Tabeliyində olanlar-9-10 nəfər
ŞƏHƏR: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
∙ İstehsal sahələrdən gələn xidmət və istənilən mal-material, xammal, texnika, ehtiyyat hissələri və avadanlıqların təchizatı ilə bağlı sorğuların icrası,
∙ Bazar araşdırmalarının edilməsi və yeni tədarükçülərin tapılması,
∙ Tədarükçülərlə danışıqların aparılması və uyğun təchizat şərtlərinin müəyyən edilməsi
∙ Tenderlərin təşkil olunması, Tender sənədlərinin və elanlarının hazırlanması
∙ Tədarükçülərin tenderə dəvət olunması,Tədarükçülərin fəaliyyəti haqqında ilkin məlumatların şirkətin tələblərinə əsasən toplanması,
∙ Uyğun qiymət təklif edən tədarükçülərin tapılması və satınalma prosesinin həyata keçirilməsi,
∙ Yerli və mərkəzləşmiş təchizat kateqoriyalarının müəyyən edilməsi,
∙ satınalma zamanı baş verə biləcək neqativ halların aradan qaldırıması və bununla bağlı tədbirlərin həyata keçirilməsi,
∙ Ödəniş üçün lazım olan bütün ilkin sənədlərin toplamının mühasibatlığa təqdim olunmsının təmin edilməsi,
∙ Beynəlxalq satınalmalar zamanı sənədləşmənin düzgün tərtib olunmasına və toplanmasına nəzarət olunması,
∙ Müqavilələrin hazırlanması, tərtibatının və təchizatla bağlı şərtlərinin yoxlanılması və müəyyən edilməsi,
∙ Tender sonrası protokolların hazırlanmasının yoxlanılması,
∙ Şirkətin vahid təchizat prinsiplərinə əməl olunmasının təşkili və nəzarəti,
∙ Təchizat şöbəsinin əməkdaşlarının satınalma prosesini şirkətin təchizat prosedurlarına uyğun həyata keçirdiklərinə nəzarət olunması.
∙ Səmərəliyin artırılması məqsədi ilə mərkəzləşmiş təchizat prosesinin təşkil olunması,
∙ Effektivlik və səmərəliliyin artırılması üçün kateqoriya planlaşdırmasının inkişat edirilməsi.
∙ Mövcud tədarükçülərlə əlaqələrin daha da yaxşılaşdırılması.
Tələblər:
∙ Ali təhsil; (iqtisadiyyat, Texniki)
∙ İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi;
- 5 il menecer vəzifəsində olmaq
∙ CİPS və analoji sertifikata malik olmaq üstünlükdür;
∙ Ms office,Satınalma sahəsi üzrə ERP bilikləri;
∙ Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə bilmək.
∙ Təchizat prosesini mükəmməl şəkildə bilmək
∙ Təchizat müqavilələrin hazırlanmasını bilmək
∙ Tender prosesini bilmək
∙ Logistika qaydalarını və prosedurlarını bilmək
∙ Beynəlxalq satınalma qaydalarını bilmək
∙ Təchizat planlanması prosesini bilmək
İŞ SAATI
09:00 – 18:00
CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.