Vakansiyalar

"Paşa Bank" işçi axtarır - VAKANSİYA

Korporativ Kredit Risk Anderrayteri

Vəzifənin məqsədi

Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Korporativ Bankçılıq üzrə potensial borc alanlarla bağlı kredit riski təhlilini etməyə cavabdehdir.

Vəzifə öhdəlikləri


• Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
• Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
• Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
• Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
• Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi


Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq  sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk,  CFA (Sertifikatlaşdırılmış maliyyə təhlili), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir.
• Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
• Kompüter bilikləri: Microsoft Office


Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Kredit Risk Anderrayteri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department