Sığorta

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

ENA.az-ın məlumatına görə, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department