Sağlamlıq

Bu ölkə kopronavirusa yoluxan turistlərə pul ödəyəcək

Bolqarıstanda tətildə koronavirusa yoluxan turistlərin yemək və tibbi xərcləri ödənilə bilər.

ATOR bu barədə ölkənin Baş nazirinin müavini və turizm naziri Mariyana Nikolovanın açıqlamasına istinadla xəbər yayır.

Bolqarıstan Turizm Nazirliyi ölkədə səyahət zamanı COVID-19-a yoluxan turistlər üçün məcburi karantin zamanı yaşayış və yemək xərclərini ödəməyi təklif edib.

Otelçilərlə razılaşdırılaraq “Sunny Beach” və “Golden Sands” kurortlarında turistləri karantin üçün qəbul edəcək otellər artıq müəyyən edilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)