Sosial iqtisadiyyat

DİM-dən nazirliyə işə qəbul olmaq istəyənlərə müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyində vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə Nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir.

Struktur dəyişikliyi ilə əlaqədar olaraq, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv edilib.

Struktur dəyişikliyi yekunlaşdıqdan sonra Nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)