BİZNES

Biznesə çağırış: Şəffaf olun

Bu gün Bakıda biznesin inkişafı və yeni imkanlar mpvzusunda beynəlxalq konfrans keçirilir.

"BI" xəbər verir ki, maliyyəyə mənbələrindən istifadə etməkdə problemləri olan Azərbaycan biznesinə ünvanlanan çağırışlardan biri şəffaflıq və hesabatlılıq oldu. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirdi ki, hazırda dünya bazarında 90 trilyon dollar istiqraz dövriyyəsi var.

Azərbaycan Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları nəticəsində borclanmanın səviyyəsi 700 milyon manat təşkil edir. Kapital bazarında SOCAR və Metak şirkətlərinin istiqrazları çox böyük tələbatla satılır. M.Musayev şirkətlərin listinq flatformasına qoşulmasının və kpital bazarı ilə əməkdaşlığının daha ucuz maliyyə imkanlarına çıxış olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Aydar Kazıbəyovun sözlərinə görə, onlar Azərbaycan biznesinin Çin, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxışına kömək etməyə hazırdırlar. Çinin dövlət bankının da səhmdarı olduğu Astana Beynəlxalq Maliyyə Mərkəzi şirkətlərin xarici investorlara çıxışı üçün zəruri şərtləri açıqladı. Təbii ki, bunun üçün şirkətlərin maliyyə hesabatlılıq səviyyəsi yüksək olmalıdır. Məlumat üçün qeyd edək ki, hazırda Qazaxıstanın neft-qaz şirkətləri də daxil olmaqla 6dan çox şirkətinin səhmləri kütləvi yerləşdirməyə açılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department