Sosial iqtisadiyyat

86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınacaq

Bu gündən Ayasofya məscid kimi fəaliyyətini bərpa edir.

ENA.az xəbər verir ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.

Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı. 

İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.

86 ildən sonra Ayasofya yenidən məscid kimi möminlərin ixtiyarına verilib. İyulun 24-də məsciddə ilk Cümə namazı qılınacaq. Namaza Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə yanaşı daha 1 500 nəfər qatılacaq. 

Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görüləcək. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.

Məscidə İspartadan 20 ton gül suyu göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)