Mərkəzi Bank tender keçirir
Azərbaycan Mərkəzi Bankı (AMB) baş ofisində, həmçinin regional və ehtiyat mərkəzlərində kart buraxılış, video müşahidə və server otağı üçün monitorinq sisteminin alınıb quraşdırılması məqsədilə açıq tender elan edib.
ENA.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 17-si, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 26-ı, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi avqustun 26-ı, saat 12:00-da portalda açıqlanacaq.