MALİYYƏ

Dövlətin payı olduğu hüquqi şəxslərin xaricə valyuta köçürməsi üzrə qaydalar müəyyən edildi

Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr üzrə əməliyyatlardakı qaydada dəyişiklik edilib.

ENA.az xəbər verir ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarındakı dəyişikliyi Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov imzalayıb.

Dəyişiklik bu qaydaların 4.3.5-1 yarımbəndində qeyd edilir.

Yeni qaydada, paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident və ya qeyri-rezident hüquqi şəxsin digər şəxslər qarşısındakı öhdəlikləri ilə bağlı həmin hüquqi şəxsin paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident payçısı (səhmdarı) tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə olan köçürmələr (zəmanət, zərərin ödənilməsi, kompensasiya və s.) nəzərdə tutulur. Burada “dövlət” dedikdə Azərbaycan Respublikası başa düşülür və belə ödənişlər müvafiq öhdəliyin yaranmasını təsdiq edən müqavilə, təminat üzrə öhdəliyin icrasına dair tələb və dövlətin birbaşa və ya dolayı payını (səhmini) sübut edən sənədlər banka təqdim edilməklə həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department