Sağlamlıq

Qardabanidə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar nəzarət tədbirləri gücləndirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar nəzarət tədbirləri gücləndirilib.

Rayon ərazisində COVİD-19 virusuna 40-a yaxın yoluxma halının qeydə alınması ilə əlaqədar olaraq Qaracalar, Qaratəhlə, Ağtəhlə kəndlərinin, həmçinin Qaçiani qəsəbəsinin giriş-çıxış nöqtələrində polis nəzarəti gücləndirilib.

Ərazini tərk edən şəxslərin termal yoxlanışına, həmçinin avtomobillərin dezinfeksiyasına başlanılıb. Bundan başqa əhali arasında kütləvi testlərə başlanılıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria bu gün Qurumlararası Kordinasiya Şurasının iclasında bildirib ki, rayon ərazisində epidemioloji vəziyyət daha da pisləşəcəyi təqdirdə sərt karantin rejiminin tətbiq ediləcəyi istisna deyil. Bildirib ki, son günlərdə ölkə ərazisində yoluxma hallarında kəskin artım müşahidə edilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)