Vakansiyalar

"Yelo Bank" işçi axtarır - VAKANSİYA

Yelo Bank

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Maliyyə - Aparıcı mütəxəssis” qeyd etməklə öz CV-lərinizi hr@yelo.az ünvanına göndərə bilərlər.

Əsas vəsaitlərin uçotunun aparılması üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin hesablar planına uyğun muhasibat uçotunun aparılması:
 Əsas vəsaitlərin balansa götürülməsi
 Əsas vəsaitlərin balansdan silinməsi
 Əsas vəsaitlərin amortizasiyasıın hesablanması
 Təhvil-təslim aktlarının və müxtəlif sənədləşmə işlərinin icrası
• Əsas vəsaitlərin vergi uçotunun aparılması:
 Əsas vəsaitlərin vergi uçotuna salınması
 Əsas vəsaitlərin vergi uçotundan silinməsi
 Əsas vəsaitlərin vergi amortizasiyasının hesablanmsı
 Əmlak vergisinin hesablanması
 Əsas vəsaitlərlə bağlı Vergi hesabatlarının və bəyannamələrinin hazırlanması
• Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya aktına uyğun işlərin icrası
• Əsas vəsaitlərin yoxlanılması aktlarının icrası
• Əsas vəsaitlərin struktur bölmələr və əməkdaşlar üzrə uçotunun aparılması
• Bankın müxtəlif struktur bölmələrində, filial və şöbələrində baş tutan təhvil-təslim işlərində iştirak
• Əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması layihələrində yüksək səviyyədə iştirak

Tələblər:

• Müvafiq sahədə ali təhsil
• Hesabat planı, əsas müxabirləşmələr və əsas mühasibatlıq prinsiplərini bilmək
• Komandada işləmək bacarığı və stressə dözümlülük
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Yüksək Azərbaycan dili bilikləri
• Rus və ingilis dili bilikləri arzuolunandır
• Müvafiq sahədə minimum 3 il təcrübə

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department