BİZNES

Dünya nəhənginə türk CEO gətirildi

Onur Genç 2012-2017-ci illər arasında Türkiyənin “Garanti Bankası”nda baş direktorunun köməkçisi və baş direktor (CEO) işləyib. 2017-ci ildən bu yana isə o, ABŞ-da yerləşən “BBVA Compass”ın baş direktoru və ölkə üzrə meneceri idi.

"BIxəbər verir ki, türk bankir yeni “BBVA Grup”un (Banco Bilbao Vizcaya Argentaria - İspaniya bankı) CEO vəzifəsini isə 2018-ci ilin dekabrın 31-dən etibarən icra etməyə başlayacaq.

Onur Genç yeni vəzifə dəyişikliyi ilə bağlı isə bunları deyib: “Çox önəmli və qürurverici bir vəzifəyə gətirilirəm. Öncəliklə, BBVA-nın İdarə Heyətinə mənə göstərdikləri etibar üçün təşəkkür edirəm. BBVA-nı fərqli edəcək missiya və dəyərlərimizə dərindən inanıram. BBVA-nın bütün dünyada uğurla həyata keçirdiyi transformasiya layihəsinin bir hissəsi olmaqdan dolayı da çox xoşbəxtəm”.

Qeyd edək ki, o “Garanti Bankası”ndan öncə, 1999-2012-ci illər arasında, hələ 34 yaşında olan zaman aparıcı partnyor və Türkiyə üzrə baş direktor seçildiyi “McKinsey&Company” şirkətində çalışıb.

Xatırladaq ki, hazırda İspaniya bankının İdarə Heyətinin sədri Carlos Torres Viladır. Gençə qədər isə CEO vəzifəsini 74 yaşlı Francisco González Rodríguez icra edib. Yeni vəzifə dəyişikliyi isə o deməkdir ki, 40 milyard avroluq bankçılıq nəhənginin “kreslo”suna artıq bir türk oturacaq.

“BBVA Grup”un əsası hələ 1857-ci ildə qurulub və müştəriyə fokuslanan qlobal maliyyə xidmətləri şəbəkəsidir. İspaniyanın BBVA şirkəti 2010-cu ildə “Garanti Bankası”nın 24,89%-ni 5,8 milyard dollara almışdı və beləliklə “Doğuş Grup”un bankdakı şəriki olmuşdu. O, həmin vaxt səhmləri “General Electric”dən əldə etmişdi. Şirkət son olaraq 2017-ci ildə “Doğuş Grup”dan ikinci bir satınalma etmiş və bankdanı payını 49,85%-ə çıxartmışdı. BBVA İspnaiya və Meksikanın ən böyük maliyyə xidmətləri göstərən şirkətidir. Bankın adıçəkilən iki ölkədən başqa, Cənubi Amerika və ABŞ-ın Sunbelt əyalətində də filialları fəaliyyət göstərir. Müştərilərinə innovativ bankçılıq xidmətləri təklif edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)