Vakansiyalar

"Gilan Tekstil Parkı" işçi axtarır - VAKANSİYA

VAKANSİYA: Hüquqşünas

DEPARTAMENT/ŞÖBƏ: Hüquq şöbəsi
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Departamentə daxil olan sənədlərin ilkin ekspertizası;
- İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili;
- Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
- Müqavilələrin reyestrinin və elektron arxivinin aparılması;
- Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, proseduralar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
- Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə və digər qurumlarda təmsil edilməsi və bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;

NAMİZƏDƏ TƏLƏBLƏR

• Təhsil: Ali hüquq təhsili;
• Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilməli (İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir);
• Təcrübə: Min. 2 il;
• Təzyiq altında işləməyi və stress vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
• Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
• Məxfiliyə riayət etmək, təhlil etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması vacibdir.

İŞ SAATI

09:00 – 18:00

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department