Bankların dollara tələbatı artdı - VALYUTA HƏRRACININ NƏTİCƏSİ
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 16-na nisbətən 2,9 milyon ABŞ dolları və yaxud, təxminən, 5,1% artaraq 59,3 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.