Azərbaycan məhsullarının Nigeriya marketlərində satışı başlayıb - FOTO

Nigeriyanın prestijli “La Pounte” supermarketində “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb.
"BI" xəbər verir ki, bu barədə Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.
Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə satışa çıxarılır. Məqsəd “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etməkdir.