Sənaye

İstixanaların “Azəriqaz”a olan borcu AÇIQLANDI

“Bu gün Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə 11 milyon manat borcu var”.

Bu barədə birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, Şəmkirdəki istixana sahiblərinin borcu ödəməsində cüzi artım var:

“İstixanalarla əlaqədar əsas problem Şəmkir bölgəsi ilə bağlıdır. Bu obyektlərin sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə 11 milyona yaxın borcu qalıb. İyun ayının 12-də borcun ödənilməsi 56 faiz təşkil edirdi. Cari ayın həmin dövründə isə ödənişlərdə beş faizə yaxın artım müşahidə olunub. Nəticədə, 61 faiz borc ödənilib”.

C.Səfərov qeyd edib ki, istixanaların daha çox olduğu Salyan və Bakı zonasında da borcların ödənilməsində artım müşahidə olunur:

“Ötən ay Bakıda ödəniş 83 faiz idi, hazırda 88 faiz təşkil edir. Salyanda isə ötən ay 82 faiz idi, bu ay 84 faizdir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department