"Kontakt Home" işçi axtarır - MAAŞ 1000-1200 MANAT
Company: Kontakt Home
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Qrafik Dizayner
Vəzifələr:
• Sosial media üçün dizaynların hazırlanması
• Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması (packshot üçün səhnələr);
• Plakatların, sütunların, bannerlərin dizaynın və “mockup” versiyasının hazırlanması,
• Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlər
• Marketinq layihələrinin vizuallaşdırılması;
• Poliqrafik məhsulların hazırlanması.
Tələblər:
• Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
• Photoshop, Corel Draw, Adobe Illustrator və İndesign proqramlarını bilməli,
• Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə, illustrasiyaların və şəkillərin istifadəsi;
• Koloristikanın əsaslarını bilməli;
• Tipoqrafika anlayışı olmalıdır.
• Detallara qarşı diqqətli olmalıdır.
• Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə;
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00;
• Əmək haqqı: 1000-1200
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qrafik Dizayner” qeyd edərək CV-nizi və Portfolionuzu ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.