Valyuta hərracı keçirildi - NƏTİCƏ
![](https://ena.az/uploads/news/2020-07/_ena_1ad5c8c80530831600513d4ba_o.jpg)
İyulun 16-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən ENA.az-a bildirilib ki, hərracda tələb 56,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.