İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2034008683 ISIN-li, 25 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000, 0000 AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 31 iyul 2041-ci ildir.