İnşaat və əmlak

Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb.

Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə mənzil və yaxud 4,5% çoxdur.

Ümumilikdə isə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 431 mənzil alıb ki, bu da 2019-cu ilin 6 ayı ilə müqayisədə 100 ədəd və ya 18,8% azdır.

Ötən ay Türkiyədə xaricilərə 1 679 ədəd əmlak satılıb ki, bu da illik müqayisədə 1 038 ədəd və ya 38,2% azdır.

Yanvar-iyun aylarında isə əcnəbilər Türkiyədə 14 413 əmlaka sahib olub ki, bu da 1 il əvvələ nisbətən 5 756 ədəd və yaxud 28,5% azdır.

2020-ci ilin iyun ayında Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Bu ölkədən olanlar iyunda 398, yanvar-iyun aylarında isə 2 628 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 257, yanvar-iyunda  isə 2 359 mənzil alıb.

Aylıq göstəricidə İlk 3-lüyü Çin vətəndaşları tamamlayır. Bu ölkədən olanlar iyunda 78 mənzil, yanvar-iyunda isə 415 mənzilə sahib olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)