Sosial iqtisadiyyat

KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunacağı təcili iclası TƏXİRƏ SALINDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib.

ENA.az xəbər verir ki, bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbilə ertələnib”, - V.Zaynetdinov bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)