Avropa İttifaqı Azərbaycanda 10 ildə 50-yə yaxın tvinninq layihəsi həyata keçirib

Bəzi dövlət qurumları tvinninq layihəsinin icrasına daha çox maraq göstərirlər və ən böyük tvinninq layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra edilir.
Hazırda da davam edən bu layihənin dəyəri 1.400.000 avrodur.
Avropa İttifaqının Rezident tvinninq müşaviri Zinaida Qorina qeyd edib ki, "Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi" tvinninq layihəsinin dəyəri 1.200.000 avrodur.
1 iyul 2017-ci ildə başlamış bu layihənin 24 ay davam etməsi nəzərdə tutulub.