BİZNES

Dünyanın ən varlı qadınlarının REYTİNQİ AÇIQLANDI

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.

Bu haqqa məlumatı Forbes yayıb.

Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2  milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində “Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb.

Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs “L’Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)