Bank

Yelo Banka əlavə kapital qoyulur

Yelo Bank-ın nizamnamə kapitalının yenidən artırılmasına başlanılır.

2020-ci il ərzində Bankın nizamnamə kapitalı mərhələli olaraq 30 milyon manat artırılacaq. İlk 10 milyon manatlıq tranşın yerləşdirilməsinin İyul ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.

Əgər planda əsklik olmasa Yelo Bankın nizamnamə kapitalı iyul ayının sonunda 358 milyon manata, 2020-ci ilin sonunda isə 378 milyon manata çatacaq.

Bankın səhmdarları nizamnamə kapitalının 30 milyon manat artırılması barədə 2020-ci ilin 1-ci rübündə qərar qəbul ediblər.  

Yelo Bank ASC-nin nizamnamə kapitalının 95.68%-i "Topaz Investments" QSC-yə, 4.22%-i fiziki şəxslərə və  0.10% İSR Holding-ə məxsusdur.

Bankda ən böyük paya malik olan "Topaz Investments" QSC tanınmış Azərbaycan əsilli iş adamı, “Lukoyl” şirkətinin rəhbəri, milyarder Vahid Ələkbərovun nəzarətindədir.

Yelo Bankın nizamnamə kapitalının artırılmasının əsas səbəbi əvvəlki dövrlərdə baş vermiş xalis zərərlərin kapitalın böyük hissəsini silməsidir. Yelo Bank 348 milyon manat nizamnamə kapitalına malik olsa da, 2020-ci ilin Mart ayının sonunda məcmu kapitalı 61 milyon 377 min manat təşkil edib.

 
 
 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)