BİZNES

Uğur‌ ‌hekayəsi:‌ ‌Soichiro‌ ‌Honda

Müvəffəqiyyətin sirri biznesin daxilində baş verən proseslərin yaxşılaşdırılması üzərində işləmək və qəbul edilmiş çərçivədən kənara çıxmaqdır. Dünyanın aparıcı sahibkarlarının əksəriyyəti fövqəl və riskli insanlardır, bəzən hətta üsyançıdırlar. 

Bu şəxsiyyət növünün bariz nümunəsi avtomobil və motosiklet istehsalı üzrə dünyaca məşhur şirkətin yaradıcısı Soichiro Honda-dır. 

Hər şey uşaqlıqdan başladı

Soichiro 1906-cı ildə Yaponiyanın kiçik Hammatsu şəhərində, kasıb bir ailədə anadan olub. Uşağın atası kiçik velosiped dükanına sahib idi. Maşını ilk dəfə görəndə Soichiro dərin həyəcan hiss etdi və özünə söz verdi ki, bir gün o da avtomobil yaradacaqdır. 

Məktəbi bitirdikdən sonra o, Tokioya yollanır və avtomobillərin təmiri sexinə işə düzəlir. Altı il sonra lazımi təcrübə qazandıqdan sonra gənc oğlan doğma şəhərinə geri dönür. Onun əsas məqsədi Hammatsuda kiçik fabrik yaratmaq idi. 

İstədiyi nəticəni əldə edən Soichiro, iddialı biznes inkişaf planın qurmağa başlayır. Lakin müharibə illərinə təsadüf edən dövrdə müəssisə dağıdıldı və o, yenidən adi işçiyə çevrildi. 

İlk ixtiralar

Bacarıqlılığı və texnologiyaya marağı sayəsində Soichiro, kerosin mühərrikli velosiped inşa edə bildi. Bu ideya onun ağlına təsadüfi gəlmişdir, avtomobilində benzin tükənəndə. Qeyd edək ki, həmin velosiped Honda Motor Company şirkətinin yaranmasının başlanğıcı idi. 

Dream adlı ilk motosiklet 1951-ci ildə buraxıldı. Rahat konstruksiya, yüksək etibarlılıq və əlverişli qiymət, qısa zamanda bu texnologiyaya populyarlıq qazandırdı. 

Yeddi il sonra Honda 200-dən çox rəqibini qabaqlayaraq, ölkənin ən böyük motosiklet istehsalçısına çevrildi. 

O dövrdə avtomobil bazarının lideri digər şirkətlər idi – əsasən ailə qəbilələrinə aid olan böyük firmalar. Gənc biznesmeni sıxışdırmağa çalışaraq, onlar hər cür vasitə ilə ona müdaxilə etdirdilər. 

Lakin Soichiro təslim olmadı və rəqiblərinə sarsıdıcı zərbə vurdu. O, atmosferə zərərli tullantıların azaldılması məsələsinin həlli olan katalitik çeviricinin ixtirası sayəsində uğur qazandı.

Biznesə xüsusi baxış

Soichiro Honda digər biznesmenlərdən fərqlənirdi. Onun qəbul etdiyi qərarlar qeyri-ənənəvi və riskli olsa da, həmişə qalibiyyətə aparırdı. 

XX əsrin 50-ci illərində Honda şirkətinin qurucusu təşkilatın idarə edilməsində hələ də əsas olan iş prinsiplərini açıqladı. Onların arasında:

– müəyyən ölkədə tələb olunan məhsulları satmaq;

– istehsalın beynəlmiləlləşdirilməsinə çalışmaq;

– istehsalı satış yerində qurmaq;

– qeyri-real görünsə də, bütün əməliyyat problemlərini həll etmək;

– işçilərin təşəbbüslərini həvəsləndirmək;

70-ci illərin ortalarında, neft böhranının zirvəsindən sonra, maşınqayırma maqnatları istehsalı azaldaraq, qiymətləri qaldırmağa başladılar. Honda öz instinktinə güvəndi və analitiklərin tövsiyələrini qulaqardına vurdu.

O, məhsuldarlığı artırdı, tərtibatları təkmilləşirdi və istehsalın maya dəyərini aşağı endirdi. Nəticədə şirkətin satışları 76% artdı, əsas rəqiblərin isə 40% azaldı (Nissan, Toyota). 

Soichiro-nun uğurunun əsas sirri avantürizm və vəziyyəti hiss etmək bacarığı kimi adlandırmaq olar. 

Onun ən məşhur ifadələri:

  1. Həyat qısadır. İstədiyinizə nail olmaq üçün sürətli olmalısınız;
  2. Uğursuzluq uğurun 99%-ni təşkil edir;
  3. Sahibkar məğlub olmağa hazır olmalıdır və qarşısına ağlasığmaz hədəflər qoymalıdır;
  4. İnsan məcbur edildikdə daha gərgin və yenilikçi işləyir. Onu dar çərçivəyə saldıqda isə tamamilə fərqli nəticə çıxır;

Bu görkəmli şəxsiyyətin tərcümeyi-halını təhlil edərək belə nəticəyə gəlmək olar ki, uğur heç vaxt təsadüfi deyil. Hər bir nəticə maneələrə baxmayaraq, zəhmətin nəticəsidir. 

Ümid edirik ki, bu məlumat sizin üçün faydalı olacaq və yeni uğurlar, qlobal hədəflərin həyata keçirilməsinə ilham verəcəkdir!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)