Hesabatlar

Neft Fondu Moskvadakı əmlakından xeyir götürdü

Azərbaycan Dövlət Neft Fondu 2019-cu il ərzində Moskvada “Tverskaya 16” JSC-dan 8,3 mln manat  məbləğində icarə gəliri və 4,6 mln manat məbləğində mənfəət əldə edib.

Neft Fondunun 2019-cu il üzrə audit hesabatına görə, bu investisiyadan 2018-ci il üzrə icarə gəliri 8,76 mln manat (5% az) olub, 815 min manat isə zərər edib.

Bildirilib ki, xalis mənfəətə 1,14 mln manat məbləğində ədalətli dəyər üzrə artım (2018-ci ildə 4,03 mln manat məbləğində azalma) daxildir.  

Qeyd edək ki, ARDNF 2012-ci il dekabrın 21-də “Tverskaya 16” JSC-də səsvermə səhmlərinin 100%-ni əldə edib və mərkəz ofis-ticarət profillidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)