"Bakı Metropoliteni" 790 minə səsboğucu alır - TENDER
"Bakı Metropoliteni" QSC “Yaşıl”, “Qırmızı” və “Bənövşəyi” xətlərinin stansiya və yol mənzillərindəki havalandırma şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında açıqlanan məlumata görə, tenderin qalibi "Korven Service MMC" MMC-dir.
Qalib şirkətə 790,2 min manat ödəniləcək.