BİZNES

Xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələrinin reytinqi - TOP-10

Dünyanın aparıcı audit şirkətlərindən biri olan “Ernst & Young” (EY) xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələrinin reytinqini dərc edib. Ümumiyyətlə siyahıda 20 ölkə yer alıb.

EY şirkətinin apardığı “European Investment Monitor” (EIM) adlı tədqiqatının nəticələrinə  verdiyi məlumata görə, Avropada COVID-19 pandemiyası səbəbindən birbaşa xarici investisiyalı layihələrin təqribən 10%-i ləğv edilib, daha 25%-i isə dondurulub. İnvestorların 51%-i bu il üçün planlaşdırılan birbaşa xarici investisiyalarının həcmini bir qədər azaltmaq niyyətindədir, 15%-i isə əhəmiyyətli dərəcədə azalma gözləyir. 

Xarici investorlar üçün Avropanın ən cəlbedici ölkələri: 

Ölkə

2019-cu ildə elan olunmuş layihələrin sayı (builki düzəlişdən əvvəl)

Ümumi investisiyalarda birbaşa xarici sərmayənin payı, %

1

Fransa

1 197

18,8

2

Böyük Britaniya

1 109

17

3

Almaniya

971

15

4

İspaniya

486

8

5

Belçika

267

4

6

Niderland

255

4

7

Polşa

200

3

8

İrlandiya

191

3

9

Rusiya

191

3

10

Türkiyə

176

3

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)