Hadisə

İki rayona yeni prokuror təyin edildi - ADLAR

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

K.Əliyevin digər əmri ilə Kamran Məmmədova isə Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)