Bakıda sərt karantin olsa da, məşhur kafe açıq olub
Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.
"ENA"nın verdiyi xəbərə görə, Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.