Azərbaycanda bank sədri koronavirusdan ölüb
ENA.az xəbər verir ki, ASB Bank İdarə Heyətinin Sədri dünyasını dəyişib. Ölümün koronavirusdan olduğu qeyd olunur. Yaxınlarına və ailəsinə başsağlığı verir və kədərlərini bölüşürük.
Qeyd edək ki, Doğan Tandoğan - 1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlamışdır. 2013-cü ildən “ASB” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19.12.2016 tarixindən “ASB” ASC-nin İdarə Heyətinin Sədri təyin edilmişdir. O, eləcə də “Milli Kart” MMC-nin Direktorlar Şurasının Sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının Sədridir.
Banco.az