Dövlət müəssisəsinin bağlanmış banklarda 4 milyona yaxın pulu batıb
“Bakı Metropoliteni” QSC lisenziyası ləğv edilmiş 2 bankdakı pulunu hələ də geri ala bilməyib.
Məlumata görə, metronun “Texnika Bank” ASC-dəki vəsaitlərinin məbləği 1 563 289 manat, “Bank Standard” QSC-dəki vəsaitlərinin məbləği isə 2 145 793 manat təşkil edib. Yəni bu banklar 4-5 ildir bağlansa da ötən müddətdə metro pulunu geri qaytara bilməyib.
“Texnika Bank”dakı vəsaitlər Azərbaycan manatı, “Bank Standard”dakı vəsaitlər isə ABŞ dolları ilə yerləşdirilib.
“Ləğv prosesində olan bankların öhdəliklərini məhkəmənin təyin edəcəyi ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək”, - deyə hesabatda qeyd olunub.