ENA+

Təkcə əmək yox: meymunu insana çevirən müharibədir

Hücumlar, münaqişələr və qrup seçimi sosial təkamülün hərəkətverici qüvvəsidir. 

Yer kürəsində indiyədək təxminən yarım milyard növ canlı yaşayıb. Və bu növlərdən yalnız biri insan zəkası və ictimai təşkilat səviyyəsinə çata bilmişdir. Başqa namizəd və ya müsabiqənin davamı olmayacaq. Məşhur bioloq Edvard Wilson “Eusociality” adlı kitabında bu yarışmada aqressiyanın mühüm rol oynadığını sübut edir. 

Bəşəriyyətin mənşəyi haqqında bildiklərimizi daha yaxşı başa düşmək üçün filogenetik qardaşlarımıza – şimpanze və bonobolara nəzər salaq. Onların instinktiv davranışı özünəməxsus mədəniyyətə malikdir. Şimpanze və bonoboların yaşadıqları icmalardakı sayı 150-ə qədər olur. Onlar öz ərazilərini qorumaq üçün çox vaxt zorakılığa əl atırlar. Hər bir icma 5-10 şimpanze və ya bonobodan ibarət olan altqruplara bölünür,  üzvləri isə daim dəyişir. Aqressiv davranış həm icmalar arasında, həm də altqruplar arasında baş verə bilər. 

Adətən Afrika primatlarının erkəkləri daha aqressiv olurlar, nəinki dişiləri. Onların əsas məqsədi altqrupda və ya icmada üstünlük qazanmaqdır. 

Gənc erkəklər öz aralarında partiyalar təşkil edirlər və toplu şəklində digər icmaların nümayəndələrinə basqın edirlər. Şimpanzelərin bu davranışı Miçiqan Universitetinin professoru və onun Uqandanın milli parkında çalışan həmkarlarının işində təsvir edilmişdir. Bu müharibə (daha doğrusu, sərhəd reydləri) 10 ildən çox davam edib. 

Bütövlükdə kampaniyanın gedişi təəccüblü şəkildə insanın davranışını xatırladır. Hər 10-14 gündən bir 20 erkək şimpanzedən ibarət olan qrup, başqa bir icmanın ərazisinə soxulur. Onlar sütun şəklində hərəkət edirlər, əraziləri yoxlayırlar, hər şübhəli səsdən həyəcan keçirirlər. Daha böyük bir qrupla görüşdükdə, işğalçılar sistemi pozaraq ərazilərinə geri çəkilirlər. Qarşılarına çıxan şimpanze erkəkdirsə, onu öldürürlər, dişidirsə – buraxırlar. Əslində, bu jest onların tərbiyəsindən irəli gəlmir. 

Bir çox antropoloqlar şimpanze arasındakı sərhəd atışmaların və qətllərin insan təmasının nəticəsi olduğunu düşünürlər. Meşələrin qırılması (yəni onların yaşayış yerinin məhv edilməsi), yeni xəstəliklərin yaranması (insan tərəfindən gətirilir) və insanların şimpanzeni ovlaması, bu heyvanların davranışına təsir göstərib. Lakin bəzi antropoloqlar təkamül biologiyasına əsaslanan rəqabətli fərziyyəyə tərəfdar çıxaraq, primatların aqressiv davranışını genetik uyğunlaşma kimi qiymətləndirirlər. 

2014-cü ildə antropoloqların və bioloqların beynəlxalq kollektivi, şimpanzenin törətdiyi cinayətlər haqqında bir əsər nəşr etmişdir. Məlum oldu ki, hücumların 90%-dən çoxu erkəklərin payına düşür və bu hücumların 2/3 hissəsi digər icmaların məhv edilməsinə yönəldilmişdir. Aqressivliyin dərəcəsi müxtəlif icmalarda çox fərqli olsa da, onun insan fəaliyyəti ilə əlaqəli olduğunu sübut edən dəlil aşkar edilmədi. Görünür, şimpanze icmasında sərhəd münaqişəsində qalib olmaq sağ qalma və böyümə şanslarını artırır. Başqa sözlə desək, şimpanzelərdə müharibə qrup seçimini stimullaşdırır.

İnsanların icmaları arasındakı döyüşlər zamanı ölüm çox tez-tez olur ki, bu da bizim üçün uyğunlaşma instinkti sayıla bilər. Maraqlıdır ki, belə münaqişələr zamanı insanların ölüm nisbəti şimpanzelərin ölüm nisbətinə bərabərdir. 

Qədim zamanlarda insanlar qohumlardan ibarət qruplarda yaşayırdılar. Qohumluq və evlilik yolu ilə digər qruplarla əlaqəli olurdular. Biz qayda olaraq, qədim insanlar qorxaq, şübhəli və bəzən digər icmalara qarşı aqressiv olurdular. Bir-birinə hücum edərək öldürmək adi hal idi. 

Tel-Əviv Universitetinin tədqiqatçısı olan Azar Gat yazır: “Avstraliya ərazisində yaşayan aborigenlərin verdiyi məlumata əsasən, insanlar tərəfindən, o cümlədən kütləvi döyüşlər zamanı zorakılığın tətbiqi bütün  sosial səviyyələrdə, istənilən sıxlıqda, ən sadə ictimai təşkilat şəraitində mövcud olub”. 

İnsanların və şimpanzelərin davranışı arasında oxşarlıq çox olsa da, fərdi səviyyədə insanların davranışı daha mürəkkəbdir. Daha ətraflı təsvirlər Napoleon Chanion və digər antropoloqların Amazon hövzəsinin şimalında yaşayan Yanomo qəbilələri ilə  əlaqəli əsərlərində təqdim olunur. Təcavüzkar fəaliyyət ərazi xarakterlidir – yəni, kəndlər çox vaxt bir-biri ilə mübarizə aparırlar və nəticədə əhalisi 40 nəfərdən az olan inzibati ərazi bölgüləri dağılırlar. Fərdi münasibətlər mürəkkəbləşdikcə  bir-biri ilə əlaqəli olan qrupların strukturu pozulur. Çox vaxt fərqli kəndlərdə yaşayan və yaxşın qohum olmayan şəxslər koalisiya yaradırlar. Birlikdə düşmənləri öldürərək onlar qohumları arasında nüfuz qazanırlar və unokai adlı kastanın üzvlərinə çevrilirlər. 

Yaranan koalisiya və birliklərin səviyyəsi insanları şimpanze və digər primatlardan fərqləndirən əsas xüsusiyyətləri əks etdirir. Görünür, təkamül bu kimi koalisiya və ittifaqlara üstünlük verir. Qrup nə qədər böyükdürsə, daxilindəki yeniliklərin sayı bir o qədər çox olur. İcma biliyi daha yavaş sürətlə deqradasiya edir, mədəni müxtəliflik isə daha doğun və uzunmüddətli olur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)