“Müqavilələr sıfrlanmamalı idi, banklar səhv ediblər” - ADİF-İN RƏHBƏRİ
“Lisenziyası ləğv olunmuş bankların bağlanmış filiallarına görə əmanətçilərin kompensasiya ala bilməməsi məsələsinin vətəndaşların xeyrinə həll olunacağı gözlənilir”.
ENA.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev bildirib.
“Müqavilələr sıfrlanmamalı, köçürülməli idi. Banklar bağlanan filialların bağladıqları müqavilələri sıfırlayıblar, bunu səhv ediblər. Məsələnin vətəndaşların xeyrinə həll olunması üçün Nazirlər Kabinetinə müraciət edəcəyik”,- o deyib.