BİZNES

“Amazon” “Facebook” və “Google”a uduzdu: Ekspertlərdən yeni proqnozlar

“Amazon” ABŞ-da rəqəmsal reklam bazarının liderlərini üçlüyünə daxil olmağı bacarıb. O, yalnız bazarın 61%-i əllərində saxlayan “Google” və “Facebook”a güzəştə gedib.

"BI", analtiklərin proqnozuna, əsasən məhz onlayn-ritelyer bazarın yeni hegemonu olmalıdır. “Amazon” artıq ABŞ-da olduğu kimi bütün dünyada onlayn satışlar bazarını fəth edib. Adıçəkilən kompaniyanın gəlirləri, Çin nəhəngləri olan “Jingdong” və “Alibaba”nı belə qabaqlayıb.

Qeyd olunan göstəricilər 2017-ci ili əhatə edir. İndi kompaniya yeni bir addım kimi istəyir ki, reklam bazarının lideri olsun. Hazırda “Amazon”un bazar payı 4% təşkil edir. Bununla belə şirkət öz reklam biznesini genişləndirmək üçün daha aqressiv siyasət yeritməyə başlayıb. “eMarketer”in proqnozuna görə, 2018-ci ildə “Amazon”un reklamdan gəliri 2 dəfə artaraq 5,83 milyard dollara çatacaq. “Cowen & Co” isə əmindir ki, növbəti beş il içində bu göstəricilər 28,4 miyard dollara çatacaq.

Ekspertlər “Amazon”un uğurunun elə şirkətin öz təbiətində görürlər. Belə ki, şirkətin reklam gəlirlərinin əsas hissəsi, elə, “Amazon”un saytı üzərindən gəlir. Qeyd etmək yerinə düşər ki, satıcılar “Amazon”a alıcılara göstərilən malların axtarış siyahısında öndə olmaq üçün ödəniş edirlər. Bundan başqa, kompaniya birbaşa idman trasnlyasiyaları zamanı reklamverənlərə mallarını videoformatda reklam etməyə imkan verir.

Hətta, onlar reklamlarını alıcılara çatdırılan bağlamanın üzərinə də əlavə edə bilərlər. Təbii ki, buna görə də, reklamverən “büdcəsinin ağzını” açmalı olur. Amazon şirkətlərə mallarını kənar saytlarda da reklam etməyə kömək edir. “Amazon”un reklam meydançası ilə yanaşı, böyük müştəri bazası da mövcuddur. Şirkət təkcə, müştərilərin nə aldığın deyil, almaq istədiyi, amma almadığı məhsulları da çox yaxşı bilir. Nəhayət, “Amazon”un səsli köməkçi xidməti olan “Alexa” da mövcuddur.

Hələ ki, “Amazon” üçün reklamların əsas hissəsi elə saytın üzərindən və bulud texnologiyası ətrafındakı biznesdən gəlir. Demək olar ki, şirkətin gəlirlərinin böyük hissəsi elə bu qeyd etdiyimiz sahələrdən əldə olunur. “Piper Jaffray” proqnoz edir ki, bununla belə, şirkətin 2021-ci ildə birinci planı elə reklam olacaq. Bu halda, şirkətin ABŞ-ın reklam bazarındakı payı 15%-i ötəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)