Vakansiyalar

"Smartbee" işçi axtarır - MAAŞ 1000-1700 MANAT

Back-end developer

Smartbee komandasına daha bir “ağıllı arı”, təcrübəli web back-end developer axtarırıq.

Görüləcək iş

• Mövcud proyektlərə və hazır CMS-lərdə yığılmış saytlara əlavə modulların yazılması və texniki dəstəyin göstərilməsi
• Veb-saytların və veb-tətbiqlərin layihələndirilməsi, kodlaşdırılması
• Yeni veb proqramların və mikroservislərin hazırlanması
• Veb-dizayner və front-end developer ilə birlikdə işləmək
• Bug-fixing

Tələblər

• PHP və SQL yüksək səviyyədə bilmək
• OOP və layihələndirmə şablonlarını mükəmməl bilmək
• Laravel, React, Vue, AWS və s. bilmək böyük üstünlükdür.
• Linux əməliyyat sistemində və Git-lə işləyə bilmək
• Öz kodunu yoxlaya bilmək, səliqəli və intizamlı şəkildə kod yazmaq
• Komandada işləyə bilmək

Detallar:

• İş-vaxtı: 10.00-18.00, I–V günlər.
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
• Şəhərin mərkəzində çox əlverişli lokasiyada iş yeri
• Gülərüz kollektiv
• Əmək haqqı: 1000-1700 AZN (namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək).

Maraqlanan şəxslər öz rezümelərini (içində portfolio, gördükləri işlərə nümunə, GitHub profilinə keçid və s. olması üstünlükdür) info@smartbee.az nömrəsinə göndərə bilər. Əlaqə telefonu: +994504241140

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department