İTV Vahid Mustafayevin şirkətindən avadanlıq alır
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) video və səs avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi "All Star" MMC-dir.
Qalib şirkətə 159 min 457 manat ödəniləcək.
Xatırladaq ki, "All Star" "ANS Şirkətlər Qrupu" MMC-nin sahibi Vahid Mustafayevə məxsusdur. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 (Nəriman Nərimanovun heykəlinin yanı) ünvanında dövlət qeydiyyatına alınıb. Bu ünvan isə adı çəkilən holdinqə məxsusdur. "All Star"ın nizamnamə kapitalı 55 900 manat, qanuni təmsilçisi isə Fəxri Namiq oğlu Mustafayevdir.