Sosial iqtisadiyyat

Azərbaycan iqtisadiyyatının ən çox pul yatırılan sahələr – SİYAHI

2020-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4907,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövlət Stastika Komitəsinin 2020-ci ilin yanvar-may ayları üçün  açıqladığı məlumata əsasən, ən çox kapital yönəldilən sahələrin bəzilərində kəskin artım, bəzilərində isə azalma olub.

Belə ki,  ən çox artım olan sahələr bunlar olub: peşə, elmi və texniki fəaliyyət (7 dəfə) maliyyə və sığorta fəaliyyəti (4 dəfə), daşınmaz əmlakla əlaqədar əməliyyatlar (2 dəfə); Ən çox azalma isə informasiya və rabitə (61%) və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində (58%) olub.

2020-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 21,0 faizi tikinti, 12,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 1,9 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,1 faizi informasiya və rabitə, 1,0 faizi təhsil, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,4 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)